USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycandakı ən unikal muzey - Anatomiya Muzeyi təqdim olundu

Bu gün Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib. Muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 

Toplantıda ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqıf Şadlinski çıxışında rəhbərlik etdiyi kafedranın tarixi haqqında iştrakçılara məlumat verib: “İnsan anatomiyası kafedrası öz fəaliyyətinə 1919-cu ilin əvvəllərində başlayıb. Əsas universitetin açılışı isə tibb fakultəsinin əsasında 1919-cu ilə təsadüf edir. Demək olar ki, bu kafedra yubileyi qeyd olunan AXC ilə həmyaşıddır”. 

V.Şadlinskinin sözlərinə görə, kafedraya bir çox dahi şəxsiyyətlər başçılıq edib. Belə ki, təşkil olunduğu gündən 1920-ci ilə qədər kafedraya universitetin ilk rektoru və tibb fakültəsinin normal anatomiya kafedrasının ilk kafedra müdiri professor V.İ.Razumovski rəhbərlik edib. Daha sonra bu vəzifəni Corbəy Urusov (1920-1922), professor K.N.Malinovski (1922-1926), professor N.İ.Anserov (1926-1937) daşıyıblar. 1937-1973-ci illərdəv Azərbaycan Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasına ilk dəfə olaraq milli kadr - Azərbaycanda elmi anatomiyanın banisi, görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Kamil Balakişiyev, sonrakı dövrdə isə professor Gülağa Hacıyev, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Rafiq Əsgərov rəhbərlik ediblər. 

Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası və Rusiya Tibb Elmləri Akademiyasının və akademiki Vaqif Şadlinski təqdim olunan İnsan Anatomiyası Muzeyinin tədris muzeyi olduğunu bildirdi.

Tədbirdə çıxış edən Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili kimi elan edilməsinə dair fərmandan irəli gələrək ilk tədbirin məhz ATU-da keçirildiyini bildirdi. R.Zeyni rəhbərlik etdiyi şəbəkə haqqında məlumat verərək Milli QHT Forumunun  95 təşkilat tərəfindən təsis olunduğunu, hazırda  700-ə yaxın üzvü olduğunu dedi.

Ölkə Prezidenti tərəfindən aparılan islahatlar, ictimai nəzarətin və şəffaflığın təmin olunması üçün bir neçə qurumlarda İctimai Şuralar yaradılıb. Belə Şuralardan biri də Tibb Universitetində fəaliyyət göstərir. ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət şurasının sədri, millət vəkili İlham Məmmədov bu cür tədbirlərin təşkilinin cəmiyyətin inkişafı, şəffaflığın artırılması baxımından çox vacib olduğunu bildirdi.

“İki sahil” qəzetinin redaktoru, Şuranın idarə heyətinin üzvü Vüqar Rəhimzadə kafedranın və xüsusilə muzeyin yalnız burada təhsil alanlar baxımından deyil, bütün cəmiyyət üçün əhəmiyyətini vurğuladı. O, bu qurumun fəaliyyətinin milli tibb elmi üçün misilsiz rolunu qeyd edib: “Muzeyin fəaliyyəti isə tələbələrin tədris prosesində onlara çox böyük köməkdir. Bugünkü Tibb Universitetinin tələbələri Azərbaycanın sağlam gələcəyinin təminatcılarıdır”.

Tədbirdə ATU-nun elmi işlər üzrə prorektoru, kafedra müdirləri və müəllimlər iştirak edirdi. Toplantıdan sonra İctimai Şura nümayəndələrinin iştirakı ilə ATU-nun İnsan Anatomiyası kafedrasındakı Anatomiya Muzeyinə baxış keçirildi. 

Tibb Universitetində fəaliyyət göstərən Anatomiya Muzeyi 550 kv.m sahəni əhatə edir. Muzeydə saxlanılan təxminən 5000 eksponatdan tədris prosesində istifadə edilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!