24/01/2018 11:43

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0948 0.0302 0.4514


Mədəniyyət

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin elan etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb


13.01.2018   11:39


Yanvarın 12-də “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

ASAN Radio xəbər verir ki, Marionet Teatrında reallaşan mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək festivalın əhəmiyyətindən danışıb.

Vurğulanıb ki, jurnalistlər və tamaşaçılar üçün nəzərdə tutulan müsabiqəyə 15 festival izləyicisi və 7 jurnalist yazısı təqdim edib. Hər iki istiqamətdə bir nəfər müsabiqənin qalibi olub.

Bildirilib ki, qaliblər Almaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalında iştirak etmək hüququ əldə ediblər. Qaliblər dörd gün film festivalında iştirak edə biləcəklər. Bütün xərclər Aİ-nin Bakı nümayəndəliyi tərəfindən qarşılanacaq. 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas 2018-ci ilin Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında daha dinamik, məhsuldar il olacağını düşündündüyünü bildirib. 2018-ci ilin Azərbaycanda Cümhuriyyət  ili elan olunduğunu xatırladan səfir deyib ki, Avropa "Azərbaycan Xalq Cümhuriyyəti"nin 100 illiyinin qeyd edilməsində Azərbaycanla birlikdə olacaq, Azərbaycanın dəyərlərini təşviq edəcək.

Nümayəndəliyin birinci müşaviri Denis Daniilidis ASAN Radioda yayımlanan məlumatlandırıcı, maarifləndirici və əyləncəli "AvropadASAN" verilişindən danışaraq bildirib ki, bu, Avropa İttifaqı ilə bağlı Azərbaycanın radio məkanında ilk verilişdir.

Daha sonra ADA Universitetinin bələdçiliyi, Avropa İttifaqının dəstəyilə ASAN Radioda yayımlanan "AvropadASAN" proqramının redaktoru və aparıcısı Şəfəq Mehralıyeva veriliş haqda geniş məlumat verib.

Tədbir çərçivəsində sizinavropa.az saytının təqdimatı da olub.

Saytın redaktoru Orxan Nəbiyev sayt haqqında qonaqlara məlumat verərək deyib ki, internet resursunu yaratmaqda məqsəd Azərbaycan gəncliyini Avropa haqqında məlumatlandırmaq, o cümlədən Avropa İttifaqı ilə ölkəmiz arasında elm, təhsil, mədəniyyət və turizm sahəsində əlaqə yaratmaqdan ibarətdir.




Xəbər lenti

24 Yanvar
23 Yanvar











ASAN Radio telefonunuzda
Facebook