“YARAT” Müasir İncəsənət Mərkəzi ilin ilk mövsümünü rejissor Elvin Mirzəyevin “Axına qarşı” adlı yeni eksperimental tamaşası ilə açıq elan edib.
ASAN Radio xəbər verir ki, tamaşa 5 klassik əsər (Nizami Gəncəvinin “Yeddi Gözəl”, Vilyam Şekspirin “Romeo və Cülyetta”, Herman Hessenin “Siddhartha”, yunan mifi “Orfey və Evridika” və Mixail Bulqakovun “Ustad və Marqarita”) əsasında hazırlanıb.
İnsan üçün “korluq” nədir? İnsanı öz “korluğunu” qəbul etməyə nə vadar edir? Bəzən insan görməyə çalışsa da, görə bilmir. Bəzən insana görmək nəsib olmur və başqalarının bu qabiliyyətinə dözə bilmir. Bəzən insan görür, ancaq gördüyünü gizlətmək məcburiyyətində qalır. Bütün bu suallara sözügedən tamaşa cavab verir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!