USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
V.Qasımlı: Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır

Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır.

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası ilə bağlı hesabata şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ASAN Radioya bildirib ki, "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir: "Prezident İlham Əliyevin dediyi kimi, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökumətə etimadının daha da artmasına səbəb olub".

Vüsal Qasımlının sözlərinə görə, "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriya üzrə Azərbaycan "Böyük İyirmilik" ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatında" daha bir kateqoriya – "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

"Dövlətimizin başçısının dediyi kimi, iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Təkcə 2017-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM-in 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır. Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir", - deyə icraçı direktor qeyd edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!