USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xaçmazlı bədii döymə ustası: “ABAD”la əməkdaşlıq sənətimə ikinci nəfəs verdi

Xaçmazlı sənətkar Zeydulla Ağayev “ABAD” ailəsinə qoşulmaqla satış bazarını genişləndirmək və bu sənəti dünyaya tanıtmaq istəyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bədii döymə sənəti ilə məşğul olan Zeydulla Ağayevin əl işləri artıq Bakıda İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.

O, 40 ildən çoxdur ki, sənətkarlığın bu növü ilə məşğuldur. Rayonun Mürşüdoba kəndində yaşayan Zeydulla Ağayevin uşaq yaşlarından rəsm çəkməyi böyük həvəsi olub. Buna görə də tətbiqi xalq sənətkarlığının bir çox sahələrini asanlıqla mənimsəyib.

On yeddi yaşından bu işə başlayan sənətkarın ilk əl işi 1973-cü ildə hazırladığı "Sülh" adlı əsərdir. İndi o, əlvan metallar üzərində istənilən obrazı asanlıqla yarada bilir. Hazırda sənətkar il ərzində 10-12 bədii döymə nümunəsi yaradır. Bir sənət əsəri ölçü və mövzusundan asılı olaraq 2-3 gündən 1-2 aya qədər ərsəyə gəlir.

Zeydulla Ağayev bildirir ki, əsərləri “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılandan sonra müştərilərinin sayı xeyli artıb. “40 il ərzində yığılıb qalan əl işlərim indi satılır. Alıcılar arasında çox sayda xarici ölkə vətəndaşları da var. “ABAD”la əməkdaşlıq mənim sənətimə ikinci nəfəs verdi”,- deyə sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi sənətkar bədii döymə sənətinin gələcək nəsillərə ötürmək istəyir. Oğlu Elnur Ağayev də artıq bədii döymə sənətinin sirlərini mənimsəyib.

Zeydulla Ağayev hazırladığı dekorativ əşyaları sifariş əsasında satır. İxtisasca dil-ədəbiyyat müəllimi olduğu üçün əsərlərinin sırasında görkəmli ədiblərimizin portretləri üstünlük təşkil edir. Bununla yanaşı, milli atributlar və simvollar da onun müraciət etdiyi mövzulardır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!