USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qazaxlı keramika ustasının məhsulları “ABAD” sənətkarlıq mərkəzlərində satılır

“ABAD” publik hüquqi şəxsin dəstək verdiyi keramikaçı sənətkarlardan biri də Qazax rayon sakini Ramiz Məmmədovdur. O, 40 ildən çoxdur ki, həyatını keramika və heykəltəraşlıq sənətinə həsr edib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, 12 yaşından etibarən rəssamlığa həvəs göstərən Ramiz usta illər keçdikcə özünü keramika sənətində tapıb. Sankt-Peterburq şəhərində ali təhsil alan Ramiz Məmmədov bir çox beynəlxalq sərgilərə qatılıb, ölkəmizi uğurla təmsil edib. O, daha çox milli naxışlara üstünlük verir, Azərbaycan nağıl və dastanlarının motivləri əsasında maraqlı kompozisiyalar hazırlayır.

Qazaxlı usta milli keramika və heykəltəraşlıq sənətimizi dünyada tanıtmaq və məhsullarının satış bazarını genişləndirmək məqsədilə “ABAD”a müraciət edib. Beləliklə, onun məhsulları artıq “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb, alıcıları isə əsasən xarici turistlərdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!