USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dr. Səbinə Mirzəyeva kitabını təqdim etdi

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah mama-ginekoloq Dr. Səbinə Mirzəyeva "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabını fəxri qonaqlara və media nümayəndələrinə təqdim edib.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitab öz missiyasını layiqincə yerinə yetirəcək və bütün hamilələrin şübhədolu fikirlərlə və cavabını bilmədikləri suallarla beyinlərini yormağa icazə verməyəcək. Xanımlarımız hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər bu kitabı oxuyacaq, həm mədəni istirahət etmiş olacaq, həm də ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olacaqlar.

"Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin rolunu da mütləq qeyd etmək lazımdır. Belə ki, Dr. Səbinə Mirzəyeva kitabın yaranma tarixçəsini danışarkən bunları deyib: “Azərbaycan səhiyyəsi 35 ilə yaxın bir dövrdə bilavasitə ümummili liderimiz Heydər Əliyevin himayəsində olub. Ulu öndərimiz səhiyyəmizin misilsiz yüksəlişini, əsrlərcə irəliləmək iqtidarında olan tərəqqisini təmin edib və onun bu səhiyyə siyasəti  Prezidentimiz İlham Əliyev və ölkənin Vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Onların bizim səhiyyəyə göstərdikləri qayğı və verdikləri tövhələr biz həkimlərdə böyük bir məsuliyyət hissi oyadıb. Bunun nəticəsidir ki, bu gün biz belə bir kitabın dərc olunması münasibətilə bura toplanmışıq”.

Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva doktor Səbinə Mirzəyevanın müəllifi olduğu kitabın əhəmiyyətini vurğulayıb. "Kitabı vərəqlədim və ilk andan yüksək zövqlə işlənmiş tərtibat, kitabın sadə, anlaşıqlı dili, səmimiyyəti diqqətimi cəlb etdi. Düşünürəm ki, bu kitaba ölkəmizdə çox böyük ehtiyac var idi. Kitabın nə qədər tirajla çap olunduğunu bilmirəm. Amma təklif edirəm ki, siz bu kitabın əlçatanlığını artırmaq üçün onun PDF formasını yaradıb insanlara təqdim edəsiniz. Beləcə kəndlərimizdə, rayonlarımızda kitaba ehtiyac duyan hər bir qadın tam təmənnasız onu oxuya bilsin. Doğrusu, işlərimin çoxluğundan dolayı çağırılan tədbirlərin çoxunda iştirak edə bilmirəm. Ancaq bu tədbirə çox ürəkdən, istəyərək gəldim. Səbəbi isə Səbinə xanımın insanlığına duyduğum hörmətdir. Bir dəfə ön cəbhədə yaşayan sadə bir Azərbaycan qadını üçün Səbinə Mirzəyevadan kömək istəmişdim. O isə kömək əlini böyük mərhəmət hissi ilə uzatmışdı. Sonrasında həmin qadınla maraqlananda Səbinə xanımın qadına necə böyük diqqət və qayğı göstərdiyini eşitmişdim. Mənim üçün statusdan, vəzifədən önəmli olan insanlıq və mərhəmət hissidir. Bu isə Səbinə xanımda kifayət qədər var. Təbrik edirəm, uğurlarınız bol olsun”. 

Mama-ginekoloq Sona Əsgərova da bütün fikirlərə qoşulduğunu, bir həmkar kimi Səbinə Mirzəyevanın işini nə dərəcədə yaxşı bilən həkim olduğunu vurğulayaraq təbriklərə qoşulub. 

Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnib və hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!