19/02/2018 00:20

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.1335 0.0302 0.4521


Gündəm

Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb


18.01.2018   12:43


“Bakı Metropoliteni” QSC 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ASAN Radioya danışıb.

O bildirib ki, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib. Hər il olduğu kimi, bu il də yanvarın 20-də bütün metro stansiyalarında matəm musiqiləri səslənəcək. Qatarlarda stansiyalar barədə məlumatlar maşinist tərəfindən səsləndiriləcək. Metronun “20 Yanvar” stansiyasında isə 20 Yanvar hadisələrini əks etdirən xüsusi kompozisiya nümayiş olunacaq.

N.Paşayev qeyd edib ki, yanvarın 20-si saat 12:00-da bütün qatarlar hərəkəti dayandıracaq və bir dəqiqəlik siqnal verəcək.














ASAN Radio telefonunuzda
Facebook