USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kaliforniyanın San Dieqo şəhərində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar geniş tədbir keçirilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və San Dieqo - Bakı Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin nüfuzlu Tomas Cefferson Hüquq Məktəbində Qara Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan ASAN Radioya bildirilib ki, tədbiri açan San Dieqo - Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq Qanlı Yanvar faciəsi haqqında ətraflı danışaraq, bu hadisələr zamanı sovet qoşunları tərəfindən çoxlu sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini bildirib. O, SSRİ rəhbəri Mixail Qorbaçov başda olmaqla, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmalarını böyük ədalətsizlik adlandırıb.

Sonra çıxış edən Tomas Cefferson Hüquq Məktəbinin dekanı Coan Bullok faciənin dəhşətlərindən danışaraq, bu hadisənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində önəmli rol oynadığını vurğulayıb.

Baş Konsulluğun əməkdaşı Orxan Rüstəmli çıxış edərək Qara Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu diqqətə çatdırıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək burada qətliamı kəskin şəkildə pislədiyini, törədilən bu dəhşətli cinayəti antihumanist, konstitusiyaya və hüquqazidd hərəkət adlandırdığını qeyd edib. O.Rüstəmli Azərbaycanın üzləşdiyi faciələrin Qara Yanvar ilə bitmədiyini vurğulayaraq, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətindən bəhs edib.

Sonra San Dieqo şəhərində fəaliyyət göstərən amerikalı jurnalist, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Kontreras çıxış edərək, 20 Yanvar hadisələrinin həmin dövrdə ölkəmizdə milli-azadlıq hərəkatını boğmaq, Azərbaycan xalqının inam və iradəsini sındlrmaq məqsədilə kommunist rejimi tərəfindən həyata keçirilən hərbi təcavüz və cinayət olduğunu diqqətə çatdırıb və bunu bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş qanlı terror aktı adlandırıb.

Sonra faciə haqda Baş Konsulluğun hazırladığı qısa film nümayiş etdirilib. 

Tədbir San Dieqonun tanınmış skripkaçısı Culiya Pautsun ifasında həzin klassik musiqi əsərlərinin ifası ilə yekunlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!