20/05/2018 17:57

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0069 0.0273 0.3806


Gündəm

Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək


19.01.2018   12:02


20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin, Naxçıvan və Gəncə şəhərlərindəki baş konsulluqlarının binaları üzərindəki və Bakıdakı türk şəhidliyindəki dövlət bayraqları yarıya qədər endiriləcək.

Bu barədə ASAN Radioya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dönüş nöqtələrindən biri olan 1990-cı ilin 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. İyirmi səkkiz il əvvəl canlarını fəda etmiş şəhidləri ehtiramla yad edir, bu faciəli gündə qardaş Azərbaycanın kədərinə şərik oluruq”, - deyə səfirliyin məlumatında bildirilib.




Xəbər lenti

19 May
18 May













ASAN Radio telefonunuzda
Facebook