USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Pulsuz tibbi müayinə davam edir

“Həyat Fondu”nun təşkilatçılığı ilə pulsuz tibbi müayinə davam edir.

ASAN Radio xəbər verir ki, Xeyriyyə aksiyası“Bakı City Hospitalda” keçirilir. Ötən gündən İsraildən gələn tanınmış ortoped-travmatoloq Aleks Qeftler ağır skoleoz, kifoz,  onurga əyriliyi və s. xəstəliklərdən əziyyət çəkən xəstələriqəbul edir. Aksiyada “Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və İsrailin “MVI” Tibbi  Mərkəzinin direktoru Hedvart Nataşa da iştirak edir. Aksiyanın 1-ci günündə İsrailli tanınmış ortoped-travmatoloq Aleks  Qeftler tərəfindən 50-dən artıq vətəndaş müayinə olunaraq bəzilərinə müalicə təyin olunub. Bundan başqa müayinə zamanı orta ağır xəstələrin Bakıda, ağır xəstələrin  isə İsraildə əməliyyat olunmaları barədə qərar qəbul olunub.

“Həyat Fondu”nun və İsrailin “MVI” Tibbi Mərkəzinin təşəbbüsü ilə sözügedən xəstələrin əməliyyatı tam olaraq pulsuz aparılır. Aksiya bu  gün və sabah davam edəcək.

“999” qısa nömrəsinə göndərilən 1 sms, edilən 1 zəng yardım gözləyənlər  üçün bir ümid çırağı ola bilər.

“Yardım et, həyat ver!”

 “HƏYAT FONDU”

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!