USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ATU-nun Tədris Cərrahiyyə Klinikasında online kurs keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə online konfrans  keçirilib. Yanvarın 18-də baş tutan konfrans Laparoskopik Cərrahiyyə Kursu, Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib. 

Konfrans zamanı iki günlük kurs proqramında, əməliyyatlarda çəkilmiş görüntülər nümayiş etdirilib, laparoskopik kolorektal cərrahi sahəsində müasir metodların texniki incəlikləri doktor və rezidentlərə çatdırılıb. 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mütəmadi olaraq elmi-praktik seminarlar təşkil olunur. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir. 

Seminarların mövzusu hər dəfə qışda və yayda dərs prosesi başa çatdıqdan sonra müəyyənləşdirilir. Növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. 

Qeyd edək ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!