USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yol və bugünkü reallıqlarından bəhs edib.

Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz çıxışında əsas etibarilə Azərbaycanın qarşılaşdığı ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri 20 yanvarda etiraz edən dinc azərbaycanlı əhaliyə divan tutulması, habelə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə və cinayətlərə diqqəti yönəldib.

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedişatında və bundan sonra Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışıb. Azərbaycanın dünyəvi dəyərlərə, dinamik vətəndaş cəmiyyətinə malik ölkə olduğunu deyən D.Pommier ölkədə təhsilə böyük diqqət yetirildiyini, son illərdə İtaliyada, o cümlədən Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının artmasının da bunun göstəricilərindən olduğunu deyib.

Çıxışlardan sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!