USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA” Universiteti Tələbə Cəmiyyəti "Qara Yanvar" hadisələrini ədəbi-bədii gecə ilə andı

“ADA” Universitetinin Tələbə Cəmiyyəti ali təhsil ocağında “Qara Yanvar” hadisələrinin 28ci ildönümünə həsr edilmiş ədəbi-bədii gecə təşkil etdi. ASAN Radio xəbər verir ki, Universitetin Musiqi Zalında keçirilən gecədə İctimai və Beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev çıxış edərək tarixi hadisələrin siyasi baxımdan təhlilini verdi. O, vurğuladı ki, 20 yanvar hadisələri dünya siyasi elmlər dairələrində Sovet hakimiyyətinin tək Azərbaycanda sonu deyil, ümumiyyətlə sonu kimi dəyərləndirilir. Azərbaycanda o müthiş gecədə dinc əhaliyə qarşı xüsusi qəddarlıq və hədsiz zorakılığın istifadə olunması diktatura rejiminin son günlərindən xəbər verirdi. Azər Babayev gənc nəsli bu faciəvi, lakin şanlı tariximizdən düzgün dərslər çıxarmağa, müstəqilliyimizin qorunub möhkəmlənməsi üçün əllərindən gələni əsrigəməməyə çağırdı. 

Gecədə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Savalan çıxış etdi. Publisist tələbələrlə Qara Yanvar hadisələri ərəfəsində Bakıda formalaşan mühit, Sovet əsgərlərinin hakimiyyətin ictimaiyyətlə əlaqəsini kəsmək məqsədi ilə o dövrdə yeganə telekanal olan Azərbaycan Televiziyasının enerji blokunu partlatması, hadisələrdən dərhal sonra Azərbaycan SSR-i Ali Sovetində  keçirilən gərgin müzakirələr və ölkə ziyalılarının dünya mediası ilə əlaqə yaratmaq cəhdləri, özü də daxil olmaqla Sovet əsgərlərinə hər hansı şəkildə müqavimət göstərməyə çalışanların Moskva tərəfindən cəzalandırılaraq həbsə atılması barədə xatirələri ilə bölüşdü.

ADA Universitetinin tələbələri Ülkər Əkbərova və Çinar Sahlikbəyli gecədə “Çırpınırdı Qara Dəniz”, “Cənab Leytenant” və milli azadlıq və Vətən uğrunda mübarizə mövzusunda  yazılan digər musiqi parçalarını ifa etdilər.

Ədəbi-bədii gecə Qara Yanvar şəhildlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə bitdi. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!