Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyaları həyata keçirəcək.
ASAN Radio xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov yanvarın 20-də jurnalistlərə açıqlamasında deyib.
Baş nazirin müavini bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır. Hazırda lazımi texniki-təşkilati işlər görülür. Vaxtilə bir neçə dövlət qurumu tərəfindən icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Bir neçə ay ərzində təşkilati işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!