USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ərdoğan: "Afrin əməliyyatı hədəfinə çatanda dayandırılacaq"

Suriyanın Afrin bölgəsindən PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin atdığı top mərmisi nəticəsində Türkiyənin Hatay rayonunda elektrik enerji stansiyasında 1 nəfər həyatını itirib.

ASAN Radionun APA-ya istinadən məlumatına görə, bunu bu gün Ankara Sənaye Dərnəyinin mükafat təqdimatı mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib ki, bu, cavabsız qalmayacaq, terrorçular bunun cavabını ağır şəkildə verəcəklər: “Təbii ki, belə bir mübarizədə şəhidlərimiz, qazilərimiz olacaq. Afrin məsələsi həllini tapacaq, Afrindən geri addım atılmayacaq”.

Afrin əməliyyatı ilə bağlı Rusiya ilə razılaşma əldə edildiyini söyləyən R. T. Ərdoğan Türkiyənin heç bir ölkənin torpağında gözü olmadığını vurğulayıb: “Türkiyə Afrində kürdlərə qarşı deyil, oradakı terror təşkilatlarına qarşı mübarizə aparır. Çox yaxında görüləcək ki, Afrindəki PYD/YPG terror təşkilatı ortadan qaldırıldıqdan sonra bizə ən böyük təşəkkürü oradakı kürd, ərəb və türkmən qardaşlarımız edəcək”.

Türkiyə prezidenti ABŞın Afrin əməliyyatının məhdud və konkret zaman həddində həyata keçirilməsi ilə bağlı tövsiyəsinə də sərt reaksiya verib: “Afrin əməliyyatı “Fərat qalxanı” əməliyyatı kimi məqsədinə çatandan sonra başa çatacaq. Bəziləri deyir ki, Afrin əməliyyatının müddəti məlum olmalıdır. Bunu deyən ABŞ-dır. Mən də soruşuram ki, ABŞ-ın Əfqanıstanda, İraqda qalma müddəti məlum oldumu? Savaş riyazi məsələ deyil. Nə zaman iş bitərsə, zatən bizim orada qalmaq niyyətimiz yoxdur, çəkiləcəyik. Bunun üçün kimlərdənsə icazə almaq fikrimiz yoxdur ”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!