USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İordaniya Kralı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

İordaniya Kralı II Abdullanın dəvəti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyəti İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərinə səfər edib. 

Diasporla iş üzrə dövlət komitəsindən ASAN Radioya bildirilib ki, İordaniya Haşimilər Krallığına səfər edən nümayəndə heyətində Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Bolqarıstan Respublikasının sabiq Prezidenti Petar Stoyanov, İsgəndəriyyə Kitabxanasının Direktoru, NGBM həmsədri İsmayıl Seragəldin, Ərəb Dövlətləri Liqasının sabiq Baş Katibi Əmr Musa, Serbiya Respublikasının sabiq Prezidenti Boris Tadiç, Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Çex Respublikasının sabiq Baş naziri Jan Fişer, “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə şurasının sədri Katerina Yuşenko və digər nüfuzlu siyasi xadimlər təmsil olunub. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib. 

Yaxın Şərqdə dialoqun təşviqi məqsədilə baş tutan səfər çərçivəsində İordaniya Kralı II Abdulla sabiq dövlət və hökumət başçılarından ibarət NGBM üzvlərini qəbul edib. ABŞ vitse-prezidenti Mayk Pensin Yaxın Şərqdə İordaniyaya səfəri ilə eyni tarixə təsadüf edən görüş zamanı bölgədəki hadisələr, xüsusilə də Fələstin-İsrail münaqişəsi və Qüdsə dair məsələlər müzakirə edilib. 

Kral II Abdulla bölgədə ədalətli və hərtərəfli sülhə nail olmaq məqsədilə Fələstin-İsrail sülh prosesini canlandırmaq üçün səyləri artırmağa çağırıb. O deyib ki, Qüds məsələsi yekun status və beynəlxalq qanunlar, BMT-nin müvafiq qətnamələri əsasında əldə olunmuş sülh sazişi çərçivəsində həll edilməlidir. Kral II Abdulla Fələstin məsələsi həll olunmadan bölgədə sülh və sabitliyin olmayacağını vurğulayıb. Görüşdə bölgədəki böhran, terrorizmlə mübarizədə göstərilən səylər, Suriya qaçqınlarının yerləşdirilməsi ilə bağlı İordaniyanın üzləşdiyi çətinliklər də müzakirə olunub.

Görüşdə Mərkəzin həmsədri İsmail Serageldin NGBM haqqında və onun təşkilatçılığı, dəstəyi ilə həyata keçirilən layihələr barədə Kral II Abdullaya məlumat verib. Bildirib ki, NGBM son dövrlərdə beynəlxalq əlaqələrini daha da genişləndirir, dünya miqyasında tanınan nüfuzlu təşkilatlar, aparıcı dövlətlərlə əməkdaşlığın qurulması və inkişafı sahəsində fəaliyyətini davam etdirir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!