USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ: Şərq qonşuluğu ölkələrində mədəniyyətə qarşı münasibət dəyişir  

2018-ci ilin yanvar ayında sona çatan Aİ-nin Mədəniyyət və Yaradıcılıq Proqramının nəticələrinə görə, son üç ildə altı Şərq Qonşuluğu ölkəsində mədəniyyətin rolunun qavranılmasında əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunur. ASAN Radionun məlumatına görə, proqramın mətbuat üçün açıqlamasında deyilir ki, Şərq Qonşuluğu ölkələrində hökümət, media, siyasi partiyalar, mədəniyyət və yaradıcılıq sahələrində çalışan insanlar yaradıcılıq sənayesinə iqtisadi inkişafın katalizatoru kimi baxmağa başlayıb.

"Mədəniyyət və yaradıcılıq sənayelərinin iqtisadi inkişafın katalizatoru rolunu oynaması ideyası Şərq Tərəfdaşlığı ölkələri üçün bir yenilikdir", - deyə Mədəniyyət və Yaradıcılıq Proqramının rəhbəri Tim Vilyams bildirib. "Proqram icra olunmağa başlayanda mədəniyyətə subsidiya alan sektor kimi baxılırdı. Lakin, bu qavrayış dəyişməyə başlayıb".

Adı çəkilən proqram regionda bir neçə müsbət dəyişikliklərə töhfə verib. Məsələn, Azərbaycan milli kinematoqrafiya komissiyası yaratmağı planlaşdırır. Gürcüstanın baş naziri yaradıcılıq sənayesini iqtisadiyyatı inkişaf etdirən mühüm sektor kimi müəyyənləşdirib. Moldovada proqram çərçivəsində təşkil edilən təlim iştirakçıları Yaradıcılıq Sənayelərinin Assosiasiyasını yaradıb.  Ukrayna Mədəniyyət Nazirliyi isə Yaradıcılıq Sənayeləri İdarəsi təsis edib. 

Bu proqram həmçinin Şərq Qonşuluğu ölkələrinə mədəniyyətə iqtisadi inkişafın mənbəyi kimi baxmağa yardım edib. 

İndiyə qədər təqribən 5 min insanın iştirak etdiyi yaradıcılıq sahəsi ilə bağlı sahibkarlıq üzrə 14 onlayn kurs, 36 mindən artıq iştirakçının cəlb olunduğu 262 tədbir, startapların yaradılmasına dair gənclər üçün seminarlar, TeamLab adlı laboratoriya, xüsusi ehtiyacları olan insanlar üçün "hackathon" və Aİ ölkələrinə təhsil səfərləri - bunlar üç ildə proqramın regiona nə dərəcədə təsir göstərdiyini göstərən bəzi nümunələrdir.  

Mədəniyyət və Yaradıcılıq Proqramı 2015-ci ilin fevral ayından 2018-ci ilin yanvar ayına qədər Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada mədəniyyət və yaradıcılıq sahələrinin dayanıqlı humanitar, sosial və iqtisadi inkişafa verdiyi töhfəni dəstəkləmişdir. Proqram mədəniyyət üzrə liderlik, mədəni və statistik araşdırmalar, auditoriyanın inkişaf etdirilməsi, mədəniyyət üzrə jurnalistika, təşviqat və maliyyə vəsaitlərinin cəlb edilməsi kimi mövzuları əhatə etmişdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!