USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib

Yanvarın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, iclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib.

Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat “Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub. Bundan başqa, AZƏRTAC-ın materialları əsasında üç dildə “Dayanıqlı İnkişaf Məqsədləri: iclaslar, görüşlər, tədbirlər...” adlı kitab çap edilib.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri bildirib ki, ötən dövr ərzində bu sahədə maarifləndirmə işləri də görülüb. Milli Məclis ilə şura arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün müxtəlif işlər görülüb. Azərbaycan dilində “Parlamentlər və Dayanıqlı İnkişaf Məqsədləri” adlı məcmuə çap edilib. Bu nəşr Milli Məclisin üzvləri üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Əli Əhmədov deyib ki, ötən dövrdə şuranın katibliyi və işçi qrupları öz fəaliyyətini davam etdirib. Həmçinin BMT tərəfindən bu sahədə müxtəlif monitorinqlər aparılıb. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının ildə dörd iclasının keçirilməsi məqsədəuyğundur. Bu iclaslarda monitorinq və işçi qruplarının hesabatları dinləniləcək.

İclasda Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2017-ci ildə görülmüş işlər və qarşıda duran məsələlər müzakirə edilib. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində 2016-2017-ci illərdə görülmüş işlər barədə xüsusi hesabatın xülasəsi nəzərdən keçirilib və Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Bundan başqa, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə göstəricilərin milliləşdirilməsi və prioritetlərin seçilməsi il bağlı cari vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Həmçinin 2019-cu ildə Yüksək Səviyyəli Siyasi Foruma Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının təqdim edilməsinə dair müzakirələr aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!