USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” sərgisi təşkil olunub

BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrailin ölkəmizdəki səfirliyi birlikdə “Holokost həftəsi” çərçivəsində ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” sərgisini təşkil edib.

ASAN Radio xəbər verir ki, sərgi Avropada yəhudilərin həyatını xilas edən 10 diplomata həsr olunub.

Sərginin açılışında çıxış edən İsrailin Azərbaycandakı səfirinin müavini Avital Rosenberq Holokost faciəsinin dəhşətləri barədə iştirakçılara məlumat verib. Dünyanın müxtəlif ölkələrindən 34 diplomatın günahsız insanlara kömək etdiyini söyləyən A.Rosenberq bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun fevralda İsrail Xarici İşlər Nazirliyində həmin diplomatlara həsr olunan xatirə lövhəsinin açılışını edəcəyini bildirib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə belə tədbirlərin təşkilinin sülh, tolerantlıq, birgəyaşama və digər dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov bildirib ki, təhsil zorakılığın bütün növlərinə qarşı mübarizədə ən vacib yoldur və bu, hər kəsin bu sahənin inkişafında birgə işləməsini zəruri edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!