USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb 

Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının  mütəmadi  artımını da stimullaşdırıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, bu artım tempi ötən il ərzində də davam edib. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2017-ci ildə əlavə olaraq 193 188 nəfər vətəndaşa uçot dövründə  daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb ki, bu da 2016-cı illə müqayisədə 1 434 nəfər çoxdur. Hər bir sığortaolunanın Fondda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial  sığorta şəhadətnaməsi rəsmiləşdirilərək, onlara təqdim edilib.

Beləliklə,  2018-ci ilin 1 yanvar   tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.

Vətəndaş fərdi şəxsi hesaba malik olmaqla gələcək sosial müdafiə, o cümlədən pensiya təminatı hüquqlarının formalaşdırılması üçün bu hesabda vəsait toplamaq imkanı əldə edir. Şəxsə gələcəkdə təyin olunacaq pensiyanın məbləği də onun öz fərdi şəxsi hesabına nə qədər sosial sığorta haqqı ödəməsindən birbaşa asılı olur. Xüsusilə də ötən il aparılmış köklü islahatlar çərçivəsində vətəndaşlara fərdi hesablarına daha çox vəsait toplaya və ya hesablarında olan vəsaiti fərdi qaydada artıra bilmələri üçün əlavə imkanlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti isə sığortaolunanlara fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.

Qeyd edək ki, sığortaolunan üçün açılan fərdi şəxsi hesab sistemdə onun bütün ömrü boyu, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub  saxlanılır. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!