USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müdafiə naziri Beynəlxalq Hərbi İdman Şurasının prezidenti ilə görüşüb

Yanvarın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, görüşdə bütün istiqamətlərdə olduğu kimi idman sahəsində də ölkəmizin böyük nailiyyətlər qazandığını deyən Müdafiə naziri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və ölkənin ictimai həyatında mühüm rol oynayır. Son illərdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində də idman kompleksləri tikilib.

Ölkəmizin təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm beynəlxalq yarışların təşkilində nailiyyətləri ilə dünyada tanındığını deyən nazir qeyd edib ki,  bir sıra mötəbər beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda  keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Artıq Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xarakteri daşıyır.

Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Müdafiə naziri nüməyəndə heyətinin bu səfərinin orduda idmanın inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirib.

CISM-in prezidenti də öz növbəsində bu gün Azərbaycanın dünyada həm də idman dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın hər zaman CISM-ə böyük dəstək verdiyini vurğulayan qonaq bildirib: “Biz əminik ki, Azərbaycan ilə Şura arasında olan səmimi münasibətlər bundan sonra da davam edəcəkdir”.

Müxtəlif illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox növləri üzrə  4 dəfə dünya çempionatlarının keçirildiyini xatırladan CISM prezidenti ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə CISM arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş “Ali zabit” medalı Müdafiə naziri general-polkovnik Zakir Həsənova, “Zabit” medalı isə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!