USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
DİM sədri: "Rezidenturaya qəbul imtahanlarına yeni test tapşırıqları daxil edilib"

"2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub. Müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb".

ASAN Radionun xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə nəşr olunacaq “Rezidentura” jurnalının 1-ci sayının "Ön söz”ündə bildirib.

O bildirib ki, Tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.

2017-ci ildə imtahanın birinci mərhələsinin – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrinə əsasən imtahanda iştirak etmiş 1077 namizəddən müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) 665 nəfəri (61.74%) ikinci mərhələyə buraxılıb, onlardan 655 nəfəri imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. 2016-cı illə müqayisədə 2017-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrində müsbət dinamika müşahidə olunub. Belə ki, müsabiqə şərtini ödəmiş namizədlərin sayı 195 nəfər artıb ki, bunların da 162 nəfəri müalicə işi, pediatriya istiqaməti üzrə imtahan vermiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında ən yüksək nəticə müalicə işi, pediatriya istiqaməti üzrə 83, stomatologiya istiqaməti üzrə 66, tibbi profilaktika istiqaməti üzrə 80 bal olub".

DİM sədri qeyd edib ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul imtahanlarına hazırlıqla bağlı DİM-də sistemli şəkildə elmi-metodik və təşkilati işlər aparılır: "Artıq qəbul imtahanlarının məzmununa dair zəruri elmi-metodik materiallar – baza və ixtisas fənləri üzrə qəbul proqramları, ixtisas seçimi cədvəli, tövsiyələr və s. yenidən işlənib hazırlanıb, eləcə də test bankına yeni test tapşırıqları daxil edilib". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!