USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yaponiyanın Azərbaycandakı səfiri “ASAN xidmət”dən yazdı

“Azərbaycanda “ASAN xidmət” adlı sistem qurulub və bu sistem ölkədə elektron hökumətin özəyi funksiyasını həyata keçirir”. Bu fikirləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori öz şəxsi bloqunda bölüşüb.

Səfir bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə belə sistemlərə rast gəlinir, amma Azərbaycanda “ASAN xidmət” vasitəsilə insanlar yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə 240-dan çox xidmətdən yararlanır.   

“ASAN xidmət” mərkəzini ziyarət edən səfir gördüklərindən təəccübləndiyini gizlətməyib və diqqətini cəlb edən bəzi məqamları izləyiciləri ilə paylaşıb. O, qeyd edib ki, mərkəzdə gördüyü əhali sayı, həqiqətən də bu xidmətin məmnunluğundan xəbər verir: “Mərkəzdə yaradılan pəncərə sistemi, şəffaflığın qorunması, ünsiyyət zamanı yüksək mədəniyyətin nümayişi, keyfiyyətli  xidmət  əhali  coxluğunun səbəbini izah edir. Bu onu göstərir ki, insanlar bu xidməti dəstəkləyir və ondan razıdır”. 

Səfir qeyd edir ki, inkişaf etmiş qabaqcıl ölkələrdən biri olan Yaponiyada müqayisə üçün nümunə axtardım, lakin öz ölkəmdə bu səylər yenicə başlayıb və tam gücü ilə işə düşməyib. Həmçinin yazıda “ASAN xidmət” dünyada mövcud olan bir çox nəhəng sistemlərlə müqayisə edilir. 

Son olaraq, ölkə Prezidenti İlham Əliyevin yüksək etimadı ilə yaradılan, BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülən “ASAN xidmət”lə Azərbaycanın fəxr etdiyini qeyd edir. O, gələcək paylaşımlarında mövzunu davam etdirəcəyini də bildirir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!