USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib

Yanvarın 23-də Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi bu şəhərin müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, “Bakı Ekspo 2025”in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

Sonra “Bakı Ekspo 2025”in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, Ümumdünya Sərgisi də Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun rəhbəri vurğuladı ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Ekspo 2025”in Bakıda keçirilməsi üçün hər cür şərait və infrastruktur var.

Daha sonra “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verilib.

Təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan “Bakı Ekspo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!