USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İctimai nəzarət və məsləhət şurası imtahanın gedişini izlədi

Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reydini keçirib.

ATU-dan ASAN Radioya bildirilib ki, 5 saylı tədris binasında keçirilən monitorinqdə şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və tələbə-dekan Məhərrəm Alimli iştirak ediblər.

Əvəllər də yazdığımız kimi, reydlərin aparılmasının əsas məqsədi tələbələrin fikirlərini, rəylərini, şikayətlərini və təkliflərini öyrənməklə ictimailəşdirmək, qarşıya çıxan problemlərin həllinə nail olmaqdır.

Monitorinq zamanı imtahanın gedişi izlənildi. Tələbə biletləri, yanaşı əyləşdirilən tələbələrin eyni fəndən imtahan verib-vermədikləri, özləri ilə imtahan zalına telefon götürüb-götürmədikləri araşdırıldı. Bəlli oldu ki, imtahan prosesi qaydalara uyğun gedir və heç bir qüsur yoxdur. Sonra şura üzvləri Apellyasiya Komissiyasının fəaliyyəti ilə də tanış oldular. Komissiyanın sədri, professor Surxay Musayev gün ərzində 7 müraciətin daxil olduğunu, onların içərisində əsaslı və əsassız şikayətlərin yer aldığını bildirdi. Müraciətlərin əsasən imtahanlara düşən test suallarındakı anlaşılmazlıqlarla bağlı edildiyini bildirən sədr, bu barədə ədalətli ölçü götürüldüyünü qeyd etdi. Həmçinin aşkar edilmiş qüsurların anında aradan qaldırıldığını vurğuladı. 

Sonra Azərbaycan dili və ictimai fənnlər kafedralarına baş çəkildi. Davamiyyət jurnalına baxış keçirilərkən bəzi əməkdaşların nizam-intizama riayət etməməsi hallarına rast gəlindi. Bu barədə qeydlər aparıldı və bildirildi ki, reydin nəticələri barəsində rəhbərliyə ətraflı məlumat veriləcək. 

Şura üzvləri iqtisadiyyat fənni ilə bağlı tədris olunan proqramla da maraqlandılar. Müəllimlər elmi araşdırmalar aparmaq məqsədilə bəzi arxiv və kitabxanalrda işləmək üçün onlara normal şəraitin yaradılması təklifini şura üzvlərinin diqqətinə çatdırdılar. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!