USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səmra Rəhimli "Eurovision"un finalında çıxış edəcək

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb. Çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.    

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar  Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya,  Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.

 

Xatırladaq ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış edirlər. 

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr  - müsabiqənin bu ilki ev sahibi İsveç və  Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!