20/05/2018 22:04

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0069 0.0273 0.3806


İdmandasan

“Real Madrid” ardıcıl 4 mövsümdür İspaniya kubokunun yarımfinalına yüksələ bilmir


25.01.2018   13:53


“Real Madrid” futbol komandası İspaniya kubokunun dörddəbir final mərhələsinin cavab qarşılaşmasında “Leqanes”i qəbul edib.

ASAN Radio xəbər verir ki, qonaqlar matçın 31-ci dəqiqəsində Xavyer Erasonun qolu ilə hesabı açıblar. Meydan sahibləri görüşün ikinci hissəsində hesabı bərabərləşdirməyə nail ola biliblər. Kral klubunun futbolçusu Kərim Benzema 51-ci dəqiqədə fərqlənib. Bu qoldan dörd dəqiqə sonra Qabriel ikinci topu “Real”ın qapısından keçirib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ilk oyun “Real Madrid”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, səfərdə vurulan qolların hesabına “Leqanes” komandası İspaniya kubokunun yarımfinalına yüksəlib.

Qeyd edək ki, “Real Madrid” ardıcıl 4 mövsümdür İspaniya kubokunun yarımfinalına vəsiqə qazana bilmir. Bu müddət ərzində mükafata “Barselona” sahib olub.




Xəbər lenti

19 May
18 May













ASAN Radio telefonunuzda
Facebook