USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
H.Hacıyev: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq tribunal təşkil olunsa, Azərbaycan təfərrüatlı faktlar təqdim edə bilər”

“Ermənistan rəhbərliyi və Ermənistan xarici işlər nazirliyinin institusional yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala açıqlamasını xatırlatmaq istərdik. Tomas de Vaalın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabda səhifə 172-də Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb. “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki insanlara əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik. Tomas de Vaal açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib. Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan Monte Melkonyana istinadən yazır: “Xocalının bəzi sakinləri təqribən altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da, erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar”. 

ASAN Radionun məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırımı əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar: “Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!