Bakı-Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, “Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli yanvarın 27-dən etibarən dəyişdirilir.
Qatar öz dövriyyəsi ilə - payız-qış mövsümündə dörd gündən bir, yay mövsümündə isə günaşırı hərəkət etməklə, yanvarın 27-dən etibarən ayın tək günlərində saat 03:25-də yola düşəcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!