USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində “Boogie Woogie” adlı konsert keçiriləcək

Yanvarın 27-də Beynəlxalq Muğam Mərkəzində məşhur blüz ifaçısı Silvan Zinggin “Boogie Woogie” adlı konserti keçiriləcək.

"Boogie Woogie səfiri" sayılan Silvan Zingg Afro-amerikalı blüz pianoçularının əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə uşaq yaşlarından başlayıb.

Bu günə qədər ifaçı  İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan, Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan, İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada, Hindistan, Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika kimi xarici ölkələrdə qastrol səfərlərində konsert proqramı ilə çıxış edib.

2005-ci ilin noyabr ayında Sürixdə keçirilən konsertdə Silvan Zingg Chuck Berry ilə bir səhnəni bölüşüb.

2002-ci ildə Zingg Lugano Beynəlxalq Boogie Woogie festivalını başlatdı. O vaxtdan etibarən bəri bu festival  hər il aprelin 1-də keçirilir və Little Willie Littlefield, Kenny "Blues Boss" Wayne, Carl Sonny Leyland, Mitch Woods, Axel Zwingenberger, Vince Weber, Joja Wendt, Jean Paul Amouroux, Michael Pewny və Chris Conz kimi dünyaca məşhur caz ifaçıları bu festivalda çıxış edib.

İnformasiya dəstəyi Day.az, Trend.az, Friday.az, Milli.az, ASAN Radio, SGS, AZERNEWS, CBC.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!