USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Q.Paşayeva Ermənistanın prezidentini sessiyaya dəvət edən AŞPA rəhbərliyinə etiraz edib

Bu gün AŞPA-da Azad Müzakirələr(Free Debate) çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ildönümü yaxınlaşan Xocalı soyqırımından danışıb, işğalçı Ermənistanın prezidentini təşkilata dəvət edən AŞPA rəhbərliyinə etirazını bildirib və Sarkisyanın səsləndirdiyi yalanlara sərt cavab verib.

ASAN Radionun APA-ya istinadən verdiyi məlumatına görə, çıxışına Qarabağla bağlı yalanlarla çıxış edən Ermənistan  nümayəndə heyətinə sərt etirazla başlayan Q. Paşayeva onları Assambleyaya yalan məlumatlar verməkdə ittiham edib və Xocalıdan danışıb: "Düz 1 ay sonra biz Ermənistanın 1992-ci həyata keçirdiyi Xocalı soyqırımının ildönümünü qeyd edəcəyik. Bu cinayəti törədənlər hələ də azad şəkildə Ermənistanda gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Assambleyanın Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından, o cümlədən Xocalıdan çıxarılmasını tələb edən 1416 saylı qətnaməsi Ermənistan rəhbərliyi tərəfindən son 13 ildə yerinə yetirilməmiş qalır. Buna baxmayaraq Assambleya tərəfindən Ermənistanın bu cür hərəkətinə qarşı heç bir ciddi addım atılmayıb. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almağa çalışarkən 2 gənc azərbaycanlı sadəcə Yanvar ayı ərzində həyatlarını itirmişlər. Bu qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Zəhra, Fariz, Aygün adlı körpə uşaqları və onlarla mülki vətəndaşı vəhşicəsinə öldürüb və yaralayıb, onların evlərini dağıdıb və yandırıb.

Mən parlamentdə cəbhəboyu yerləşən regionlardan birinin təmsilçisi kimi həqiqəti öz gözləri ilə görmək arzusunda olan həmkarlarımı regionumuza dəvət edirəm. Siz Ermənistanın cəbhəboyu törətdiyi cinayətləri öz gözlərinizlə görəcəksiniz. Əgər bu qətnamə artıq yerinə yetirilmiş olsaydı, çoxlu sayda insan, onlarla körpə və mülki vətəndaşlar öz həyatlarını itirməmiş olacaqdı. Təəssüflər olsun ki, bu qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərmək əvəzinə AŞPA bu işğalçı dövlətin prezidentini bizim təşkilata dəvət etmiş və ona yalanlar üzərində qurulan nitq söyləmək imkanı verilib. Biz bunu qınayır və etirazımızı bildiririk. Biz bunu kəskin şəkildə qınayırıq.

Çünki Ermənistan prezidenti Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxsdir. Eyni zamanda Ermənistan prezidenti neçə illərdir ki, işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına imkan verilməsini tələb edən AŞPA və BMT qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.  

Bizim xalqımız AŞPA-dakı ikili standartların səbəbini anlaya bilmir. Çox təəssüflər olsun ki, Assambleya işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasını və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasına imkan verilməsini tələb edən qətnamələri yerinə yetirməyən işğalçı dövlətin rəhbərindən onun Avropa Şurasına səfəri müddətində bu cür hərəkətləri dayandırmağı və qətnamələri yerinə yetirməyi tələb etmədi. Biz Assambleyanı bu cür ikili standartlara son qoymağa çağırırıq. Biz Assambleyanı öz qətnamələrinə hörmət etməyə və 1416 saylı qətnamənin və Sərsəng su anbarı ilə bağlı qətnamənin yerinə yetirilməsi üçün Ermənistana qarşı ciddi tədbirlər görməyə, təzyiq göstərməyə çağırırıq. Bunu sizdən 25 ildir, öz evlərinə qayıda bilməyən və insan haqları Ermənistan tərəfindən pozulmuş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün gözləyir.

Ermənistan həmçinin Avropa Şurasının çağırışlarına məhəl qoymur və girovluqda saxlanılan azərbaycanlılar - Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyi rədd edir. Bizim təşkilatın rəhbərləri Ermənistandan onları azad etməyi ciddi şəkildə tələb etməli və onların insan haqlarını qorumalıdır. Eyni zamanda biz Assambleyanı, təşkilat rəhbərlərini Xocalı soyqırımının ildönümü ərəfəsində bu dəhşətli cinayəti qınayan bəyanat qəbul etməyə çağırırıq.Birlikdə biz bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinə nail olmalıyıq. İlk növbədə biz bunu bəşəriyyət naminə etməliyik.  Hörmətli Assambleya üzvləri, bir neçə gün əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini işə saldılar. Bu böyük layihə tək bizim üçün deyil, həm də bütün Avropa üçün vacibdir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsindən irəli gələn gərginliyin davam etməsi tək bizim maraqlara deyil, həm də Avropanın maraqlarına böyük hədədir. Ona görə də Assambleya bu məsələnin həllində daha fəal rol oynamalıdır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!