USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“YouTube”da Azərbaycan Mədəniyyət Mərkəzinin bölməsi fəaliyyətə başlayıb

Dünyanın ən böyük rəqəmsal video-məlumat portalı olan “YouTube”də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) bölməsi fəaliyyətə başlayıb.

ASAN Radio xəbər verir ki, Azərbaycan mədəniyyəti, incəsənəti, turizm potensialı, habelə ölkəmizin əldə etdiyi nailiyyətləri daha geniş coğrafiyada təbliğ etmək məqsədilə yaradılan bölmə daim yenilənir.

Bölməyə AMM-nin keçirdiyi tədbirlər, Azərbaycan və Özbəkistan telekanallarında nümayiş etdirilən verilişlər, videomateriallar, milli mədəni irsimizə dair ekran əsərləri, milli rəqslərin videyazıları, Mədəniyyət Mərkəzin layihələri daxil edilib. Artıq AMM tərəfindən hazırlanan sənədli filmlər, videoçarxlar, özbək dilinə dublyaj olunan Azərbaycan bədii və cizgi filmləri, musiqi layihələri, kliplər yerləşdirilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə kanala Azərbaycan, özbək, rus və ingilis dillərində məlumatlar açar sözlər üzrə daxil edilir ki, izləyici hər hansı bir sözə görə axtarış apararkən ətraflı məlumat əldə edə bilər. Bununla əlaqədar Mədəniyyət Mərkəzində xüsusi işçi qrup yaradılıb və onlar video materialları montaj edərək “YouTube”dəki Azərbaycan Mədəniyyət Mərkəzinin bölməsinə yükləyir.

S.Abbasov Azərbaycanın təbliğatı, qardaş Özbəkistan istifadəçilərinə, habelə dünyaya Azərbaycana dair obyektiv informasiya çatdırılması məqsədilə gələcəkdə bu istiqamətdə işlərin davam etdiriləcəyini və yeni-yeni video materialların mərkəzin kanalına əlavə ediləcəyini bildirib. O söyləyib ki, Mədəniyyət Mərkəzi bütün imkanlarından istifadə edərək internetdə Azərbaycana dair özbək dilində məlumatları zənginləşdirir. Artıq özbək dilində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən çoxsaylı məlumatlar əldə etmək mümkündür.

Diplomat 2013-cü ilin əvvəllərində AMM-nin internetdə apardığı monitorinqin nəticəsində özbək dilində “Azərbaycan” seqmenti üzə çox az sayda məlumatın əldə edildiyini və bundan sonra bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini bildirib.

Bölmə ilə “Azerbaijan Culture Center named after Haydar Aliyev” linkində tanış olmaq mümkündür: https://www.youtube.com/channel/UCdR0WZkfyopbLEOILTXzkgw/videos?view_as=subscriber

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!