USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Xalça Muzeyindən məktəblilərin qış tətili üçün xüsusi proqram 

Azərbaycan Xalça Muzeyi kiçik yaşlı məktəblilər üçün qış tətili günlərində xüsusi proqram təqdim edir. Muzey məktəblilərin asudə vaxtlarını maraqlı və səmərəli keçirməkləri üçün yanvarın 30 və 31-də iki günlük xüsusi proqramla onları sevindirəcək. Belə ki, “Uşaq muzeyi” şöbəsi bu günlərdə çox maraqlı proqramla uşaqların görüşünə gəlir.

ASAN Radioya muzeydən bildiriblər ki, yanvarın 30-31-də təşkil olunacaq “Ailə Günü” çərçivəsində ustad dərslərində iştirakçı məktəblilərə “Aplikasiya əl işləri”, “Dekorativ bəzək əşyası”nın hazırlanması, “Hərəkət edən şəkillər”in çəkilməsi, “Gülməli papaqlar”ın hazırlanması, “Nöqtələrlə qar dənəciklərinin işlənməsi”, “İslimi, haçalı islimi və buta ornamentlərinin boşqab üzərində çəkilməsi” öyrədiləcək. Bundan başqa, “Öz zövqünlə bəzə”mək, xovsuz xalça növü “Şəddənin toxuma texnologiyası”nın öyrədilməsi ziyarətçilər üçün öyrədici və maraqlı olacaq.

Xatırladaq ki, Azərbaycan Xalça Muzeyi ictimaiyyət üçün açıq olan bir məkandır. Burada hər zaman həm böyüklər, həm də uşaqlar üçün çoxsaylı maraqlı təlimlər, kurslar, ustad dərsləri təşkil olunur. Bununla yanaşı, muzeydə hər ayın son şənbə günü “Ailə günü” təşkil olunur ki, bu da həm muzeyin qonaq ziyarətçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanır. “Ailə Günü” çərçivəsində keçirilən tədbirlərdə uşaqlar üçün xüsusi proqramlar təqdim olunur.    

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!