USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İsa Həbibbəyli: "Komissiya yəqin ki, sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək"

“Azərbaycanda orfoqrafiya qaydaları ilə bağlı müzakirələrin aparılması bu gün bitsə də, biz görürük ki, müzakirələrin davam etməsinə ehtiyac var".

ASAN Radio APA-ya istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

İ. Həbibbəyli bildirib ki, hazırda Orfoqrafiya Komissiyası yeni dəyişikliklərlə bağlı ümumiləşdirmə aparır: “Təklif olunub ki, torpaq toprak, yarpaq yaprak kimi yazılsın. Amma bu, Türkiyə türkcəsinin qaydalarına uyğundur. Bunlar Azərbaycan dilinin prinsipinə uyğun deyil. Bunu vaxtilə Cəfər Cabbarlı da təklif etmişdi, qəbul olunmadı”.

İ. Həbibbəyli əlavə edib ki, dəyişikliklər qəbul olunsa, 60-dan az sözün yazılışı dəyişəcək: “Deyirlər ki, 60 min söz dəyişir. Biz dilimizi dəyişirik? Media bu məsələni savadsız hallandırır. Bu məsələ ilə bağlı heç bir narazılığa əsas yoxdur. Bu narazılığın elmi əsası yoxdur. Onlar qaydaları oxumayıblar”.

Komitə sədri qeyd edib ki, insanlar “əskər” sözünün hazırkı yazılışını dəstəkləmir: “Dilçilərin 50 faizinin fikrincə də, “İsgəndər", "əsgər" yazılmalıdır. Komissiya da yəqin ki, bu sözlərin yazılışını "İsgəndər", "əsgər" kimi qəbul edəcək. "Alqı-satqı" sözü "çalğı" sözü kimi eyni qayda ilə yazılmalıdır. Biz “calqı” yox, "çalğı" yazırıq. Dil qaydasına görə, bu sözlər eyni yazılmalıdır. Amma ictimai fikirlərdən onu görürük ki, xalq bu məsələdə ənənənin tərəfdarıdır, yəni çoxluq "alqı-satqı" sözünün "alqı-satqı" kimi yazılmasının tərəfindədir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!