USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib

Azərbaycan Tibb Unievrsietetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən keçirilən silsilə metodik konfranslar davam edir. ASAN Radio xəbər verir ki, “Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti belə konfrans bu gün baş tutub.  

Kafedranın müdiri, əczaçılıq elmləri doktoru, prof. Tahir Süleymanovun sözlərinə görə, bu, artıq sayca 10-cu belə seminardır. Seminarın mövzusu təsadüfi seçilməyib: “Məlum olduğu kimi, müasir əczaçılıq analizini spektrometrik üsullar olmadan ifadə etmək mümkün deyil. Son 10 il ərzində bütövlükdə əczaçılıq analizinə həsr olunmuş elmi-tədqiqat işlərinin yalnız 10 faizə qədəri, bəzi ədəbiyyatlarda 7 faizə qədərində kimyəvi əsaslanan üsullardan istifadə olunub”. 

Professor Tahir Süleymanov çıxışı zamanı xatırlatdı ki, Əczaçılıq kimyası kafedrası Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə 2015-2017-ci illərdə Qrant layihəsi icra edib. Nəticədə kafedrada respublikanın təbii sərvətləri əsasında yeni dərman vasitələrinin yaradılması üçün müasir əczaçılıq laboratoriyası yaradılıb. Bu laboratoriya 3 hissədən ibarətdir: fitokimya, əczaçılıq texnologiyası və standartlaşdırma bölməsi. Yeni laboratoriyada tələbələrin yeni metodika üzrə dərs keçməsi üçün hər cür şərait yaradılıb. Laboratoriyaın standartlaşdırma bölməsində dərman preparatlarının standartlaşdırılması proseslərinin həyata keçirilməsi üçün  görülən işlərin aparılması nəzərdə tutulub.

Daha sonra Əczaçılıq kimyası kafedrasının dosenti Vaqif İsgəndərovun “fotometriyanın növləri” mövzusunda məruzəsi dinlənildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!