USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mübariz Qurbanlı: Ermənistan işğal etdiyi ərazilərimizdə Azərbaycanın maddi-mədəni irsinə ağır zərbə vurub

Ermənistan Azərbaycan torpaqlarını zəbt edib, işğal altında olan ərazilərimizdə xalqımızın maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurub.

ASAN Radioya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mətbuat xidmətindən verilən məlumata görə, bunu DQİDK sədri Mübariz Qurbanlı Portuqaliya parlamentinin deputatı, Parlamentlərarası İttifaqın “12 Plyus Qrupu”nun Prezidenti Duarte Paçeko ilə görüşündə deyib.

Görüş zamanı DQİDK sədri qonağa Azərbaycanda mövcud olan dinlərarası tolerantlıq və dialoq, multikulturalizm ənənələri barədə məlumat verib. M.Qurbanlı bildirib ki, ölkəmizdə hazırki dövlət-din münasibətləri əsrlər boyu Azərbaycan xalqının formalaşdırdığı qarşılıqlı hörmət və dözümlülük ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə yönəlib.

Dövlət Komitəsinin fəaliyyəti barədə də portuqaliyalı deputata məlumat verən M.Qurbanlı ölkəmizdə dini radikalizmə qarşı inzibati, iqtisadi və ideoloji istiqamətlərdə aparılan mübarizənin artıq nəticə verdiyini bildirib.

Söhbət zamanı Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məlumat verib.

Portuqaliya parlamentinin deputatı D.Paçeko Azərbaycandakı tolerantlıq və birgəyaşayış ənənələrindən, həmçinin bu istiqamətdə yürüdülən dövlət siyasətindən mütəəssir olduğunu bildirib.

Görüşdə eyni zamanda, Azərbaycan və Portuqaliyanın bu sahədə birgə əməkdaşlıq üçün yaxşı perspektivlərinin olduğu qeyd edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!