USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir Yaponiyanın nümayəndə heyəti ilə görüşüb 

Yanvar ayının 31-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov Yaponiyanın Kioto şəhər Kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava ilə görüşüb. 

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, görüşün məqsədi kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqla bağlı müzakirələrin aparılması olub. 

Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycan Hökuməti ilə Yaponiya Hökuməti arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Yaponiya Hökuməti tərəfindən Azərbaycanda bir sıra layihələrin həyata keçirildiyini, həmçinin Yaponiyanın 2 KR Proqramı çərçivəsində ayırdığı Qrantlar hesabına yeni texnika və texnoloji avadanlıqların alındığını, fermer və sahibkarların bundan bəhrələndiyini diqqətə çatdırıb. Azərbaycanda kooperativlərin yaradılmasının ən vacib sahələrdən biri olduğunu, bu sahədə artıq hüquqi bazanın yaradıldığını, bu istiqamətdə irəliləyişlərin əldə olunması üçün Yaponiya təcrübəsinin tətbiq olunmasını məqsədəuyğun hesab edib.  

Kioto şəhər Kənd təsərrüfatı kooperativlərinin prezidenti Yasuhiro Nakaqava səmimi qəbula görə minnətdarlığını bildirərək Kioto şəhərinin Yaponiyada tərəvəz istehsalı, qablaşdırılması və satışı üzrə ixtisaslaşdığını diqqətə çatdırıb, həmçinin Yaponiyada kooperativlərin yaranma tarixi, inkişaf istiqamətləri, formalaşması, maliyyə mənbələri barədə məlumat verib.  Yasuhiro Nakaqava bu sahədə əsas 3 amilin- bank sistemi, sığorta və yeni texnologiya və avadanlıqlarının alınması və tətbiq olunması- vacibliyini diqqətə çatdırıb. O, yüksək keyfiyyətli brend tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması və dünya bazarına çıxarılması texnologiyasının Azərbaycanda tətbiqinə dəstək veriləcəyini bildirib. 

Nazir Heydər Əsədov bu sahədə Yaponiya təcrübəsinin öyrənilməsini, keyfiyyətli tərəvəz məhsulu istehsalı, saxlanması, qablaşdırılması məqsədilə Azərbaycanda Yapon investorları üçün əlverişli investisiya mühitinin olduğunu, bu sahədə pilot təsərrüfatların da yaradılmasını nəzərə çatdırıb.

Görüşdə Yaponiyanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori iştirak edib. Səfir bu sahədə əməkdaşlıq üçün öz səylərini əsirgəməyəcəyini bildirib. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!