USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan diasporu Türkiyənin hərbi əməliyyatlarına dəstək aksiyası keçirib

Ukraynanın Odessa şəhərində Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin şəhərində həyata keçirilən “Zeytun Budağı” antiterror əməliyyatına dəstək aksiyası keçirilib.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının dəstəyi ilə Türkiyənin bu şəhərdəki baş konsulluğunun binası qarşısında keçirilən dəstək aksiyasında çıxış edən diaspor fəallarımız Anar Ağayev, Namiq Talıbov bildiriblər ki, Türkiyə heç zaman ölkəsinin ərazi bütövlüyünə zərər gəlməsinə göz yuma bilməz. Türkiyə ordusu beynəlxalq terrorizmə qarşı mübarizə aparır və Azərbaycan bütün məsələlərdə olduğu kimi bu haqq işində də qardaş ölkənin yanındadır.

N.Talıbov bildirib ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi əməliyyat terrora qarşı mübarizədir. Bu gün bu terrordan bir çox Avropa ölkələri, o cümlədən Azərbaycan da əziyyət çəkir. Neçə illərdir ki, Azərbaycan Ermənistan tərəfindən terrora məruz qalıb. Lakin beynəlxalq aləmin ikili siyasəti bu gün dünyada terrorizmin inkişafına səbəb olub.

Dəstək aksiyasında “Terrorizmə yox!”, “Türkün türkdən başqa dostu yoxdur!”, “Bir millət, iki dövlət” kimi şüarlar səsləndirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!