USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
Böyüklər qızılca-məxmərəyə qarşı peyvənd ediləcək Sutka ərzində atəşkəs rejimi 20 dəfə pozulub Nextsale və Whelp startaplarına investisiyalar verilib Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasına səfər edib İstirahət günlərində gözlənilən hava proqnozu
Şahmatçımız dünya reytinqində ikinci pilləyə yüksəlib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

ASAN Radio Apasport.az saytına istinadla xəbər verir ki, fevral ayı üçün müəyyənləşən kişi şahmatçıların reytinq cədvəli Azərbaycan üçün uğurlu alınıb.

Belə ki, yığmamızın lideri Şəhriyar Məmmədyarov siyahının ikinci pilləsində qərarlaşıb. Ötən ayla müqayisədə bir pillə də irəliləyən və 2814 reytinq xalı olan “Şah” yalnız Maqnus Karlsendən (2843) geri qalır. İlk üçlüyü 2800 xalla rusiyalı Vladimir Kramnik tamamlayıb.

Millimizin digər üzvləri, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40, Arkadi Naydiç isə 2705 xalla 41-ci pillədə qərarlaşıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio