USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilib

Fevralın 1-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilib. Kitabın ideya və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

ASAN Radio xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamına əsasən hazırlanmış kitabın əlamətdar yubileyə dəyərli töhfə olduğunu bildirib. O deyib ki, ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə Cümhuriyyətin İranla siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Ceyhun Məmmədov bildirib ki, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin öyrənilməsinə və araşdırılmasına sanballı töhfədir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Prezidentin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin əməkdaşı Həcər Verdiyeva, BBMM-in aparat rəhbəri Aytən Qəhrəmanova, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev, universitetin kafedra müdiri Anar İsgəndərov və başqaları çıxış edərək bildiriblər ki, kitab Cümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə, bununla bağlı bir çox məsələlərin araşdırılmasına ehtiyac olduğunu göstərir. Həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edən bu nəşrdə toplanmış 98 sənəd Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!