USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azad Rəhimov: "Bizə yeni, səriştəli işçilər lazımdır"

"İqtisadiyyatımız inkişaf edir və belə olan halda, bizə yeni, səriştəli işçilər lazımdır".

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası İllik Gənclər Forumunda çıxışında deyib.

Azərbaycanın idman ölkəsi  kimi tanındığını söyləyən nazir bildirib ki, gənclərə imkan yaradılması üçün çox işlər görülür: "Bakı Şəhər Halqası çərçivəsində gənclərə təcrübə qazanmaq üçün hər cür şərait yaradılıb. Bu gün gənclər bilir ki,  təhsil  və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər".

A.Rəhimov qeyd edib ki, Azərbaycanda 2019-cu ildə Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı keçiriləcək: "2020-ci ildə isə futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etməyi planlaşdırırıq".

Forumda çıxış  edən ABŞ səfiri Robert Sekuta deyib ki,  Bakı Şəhər Halqası prosesi ərzində könüllülərin əldə etdiyi səriştələr  onların inkişafı yolunda yeni imkanlar açacaq. Səfir Azərbaycanın gündən-günə inkişaf etdiyini vurğulayıb: "Mənim vəzifəm ABŞ təmsilçisi olaraq buradakı zəif sahələrin müəyyən edilərək Azərbaycanın daha da inkişafına kömək etməkdir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!