USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Milli QHT Forumu Prezident seçkilərinin aprelin 11-nə təyin olunmasını müsbət qarşılayır

Azərbaycan  Prezidenti  İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bu barədə QHT.az-a açıqlama verib.

“Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması Milli QHT Forumu tərəfindən müsbət qarşılanır. Çünki bu sərəncam bilavasitə Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edən bir sərəncamdır. Ölkədə keçirilən seçkilər və onun nəticələri ölkədə sabitliyin və inkişafın qarantı olduğuna görə,  bu seçkilər nə qədər vaxtında keçirilərsə  ölkənin milli maraqlarına xidmət edər.”

Rauf  Zeyni eyni zamanda növbədənkənar seçklilərin keçirilməsi ilə bağlı verilən şərhlərə də qoşularaq bu məsəllərin QHT-lər üçün də vacib olduğunu bildirib.

Forum prezidenti qeyd edib ki,  QHT-lər  ümummilli lider Heydər Əliyevin 95 illiyi,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərdə fəallıq göstərəcəklər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!