20/05/2018 22:05

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0069 0.0273 0.3806


Mədəniyyət

Qara Qarayevin əsərləri Fransanın “Mezzo” musiqi kanalında səsləndiriləcək  


06.02.2018   09:12


Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevə həsr edilmiş film yayımlanıb. Film Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

ASAN Radio xəbər verir ki, Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində yayımlanan filmdə Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Evyan şəhərində çəkilmiş bu filmdə Qara Qarayevin musiqisi beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb.

Qeyd edək ki, Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə “Mezzo” televiziya kanalında fevral, mart və aprel ayları ərzində onun musiqilərinə həsr edilmiş 22 verilişin yayımlanacağı gözlənilir.




Xəbər lenti

19 May
18 May













ASAN Radio telefonunuzda
Facebook