USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib.

ASAN Radio xəbər verir ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Xanım Mersi Tembon bütün bu müsbət proseslərdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycanda əldə olunan bu nailiyyətlərdən insanların faydalandığının şahidi olduqlarını deyib və qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və iqtisadi inkişafın əldə olunması əhalinin rifah halını yaxşılaşdırır. Xanım Mersi Tembon, eyni zamanda, bildirib ki, ölkəmizin iqtisadi inkişafı əhalinin işlə təmin edilməsi və müxtəlif fəaliyyət növləri ilə məşğul olması üçün də yaxşı imkan yaradır.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlətimizin başçısı qeyd edib ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı bütün bu iqtisadi nailiyyətlərin, öz növbəsində, ölkəmizin davamlı inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması işinə xidmət etdiyini vurğulayıb.

Azərbaycanın iqtisadi inkişafının Davos İqtisadi Forumunun hesabatlarında da öz əksini tapdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri, eyni zamanda, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yeri tutmasını məmnunluqla vurğulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!