USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Frankofoniya həftələri: Mənə bir loqo çək!" müsabiqəsi

Frankofoniya Həftələrinin 2018-ci il (1-14 aprel 2018) buraxılışı münasibətilə, Belçika, Fransa, Macarıstan, Litva, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə Səfirlikləri, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan Fransız İnstitutu, Azərbaycanda Frankofoniya Həftələri loqosunun vizual tərtibatı üzrə müsabiqə keçirir. Fransanın Azərbaycandakı səfirliyindən ASAN Radioya bildirilib ki, 7 fevral çərşənbə günü saat 14.30-da, Füzuli 67 küçəsində yerləşən, Azərbaycan Fransız İnstitutunda baş tutacaq Mətbuat Konfransı zamanı, müsabiqəyə  start veriləcək.

İştirak etməyi arzu edənlər, təkliflərini [email protected] elektron ünvanına fevralın 25-nə qədər göndərməlidirlər. Sözü gedən loqo, Beynəlxalq Frankofoniya Təşkilatını xatırlatmalıdır və Bakı Frankofoniya Həftələrinin bütün xəbər məzmunlu vasitələrində istifadə ediləcək.

Beynəlxalq Frankofoniya təşkilatında üzv və müşahidəçi statusu daşıyan 10 ölkənin Səfirlikləri, Frankofoniya 2017 Həftələrinin təşkil etdiyi 20-yə yaxın tədbirində təmsil olunmuşdur. Hazırkı 2018-ci il buraxılışın təşkil olunmasında, 10-a yaxın təşkilat iştirak edir.

Beynəlxalq Frankofoniya təşkilatına 84 dövlət və hökümət daxildir, onlardan 58-i üzv, 26-ı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir.

Əlavə məlumat üçün: https://www.francophonie.org/

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!