Həmyerlimiz Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb.
ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, Kuala-Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən C.Əlizadə F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub.
İlk testlərdən sonra C.Əlizadə deyib: “Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək Kuala Lumpura gəldim. Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazırda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacağam. Əlbəttə, hər bir sürücü kimi mən də nə vaxtsa ölkəmizi Formula1-də təmsil etmək barədə düşünürəm”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!