USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan-Rusiya diplomatik əlaqələrinin 25 illiyinə həsr edilmiş sərginin rəsmi açılışı keçirilib

Rusiya Dövlət Dumasının binasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin rəsmi açılışı keçirilib.

ASAN Radionun APA-ya istinadla verdiyi məlumata görə, Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunan sərginin açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər. Onlar sərgi ilə tanış olublar.

Sərgi Dövlət Dumasında xarici dövlətə həsr olunmuş ilk ekspozisiyadır. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik qədim və sürətlə inkişaf edən müasir ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən materiallar nümayiş etdirilir.

Bir neçə bölmədən ibarət sərgidə Azərbaycan tarixi və bu günü, mədəniyyətinə dair eksponatlar, foto və video materiallar təqdim olunur. İnformasiya bölməsində Azərbaycana dair bukletlər, broşurlar, turizm xəritələri, ölkəni ziyarət etmək imkanları, viza almaq, uçuşların və turların təşkili üzrə məlumatlar verilir. “Azərbaycan inciləri”  bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Ziyarətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri təqdim edilir. Ölkənin hər bir bölgəsinə xas  milli geyimlər rəng, naxış və biçimi ilə fərqlənir.

Sərgiyə gələnlərə məlumat verilir ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşıq sənəti min illərdi yaşayır. 2008-ci ildə muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sırasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu  bölmədə quraşdırılan monitorlarda videomateriallar  nümayiş olunur.

“İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Heydər Əliyevin Rusiyada işlədiyi dövrlər, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb.

“Azərbaycanın tarixi” bölməsində qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.

Qeyd edək ki, sərginin açılış mərasimində Rusiya Dövlət Dumasının deputatları, hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!