USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov Almaniyada məruzə ilə çıxış edib

Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici  və təhlükəsizlik siyasətinin çağırışları” başlıqlı geniş məruzə ilə çıxış edib. Azərbaycan XİN-dən bu barədə ASAN Radioya məlumat verilib.

Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verib.

Nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək,  Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. Nazir son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb.

Daha sonra nazir Elmar Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!