18/08/2018 08:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9343 0.0254 0.2909


Dövlət qurumları

Bakının mərkəzi küçələrinə içməli suyun verilməsi məhdudlaşdırılacaq


08.02.2018   07:10


Bakı şəhərinin bəzi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, Binəqədi nasos stansiyasından +41 “Qərb” anbarını içməli su ilə təmin edən 1200 mm diametrli magistral su xəttinin “Azadlıq prospekti” metro stansiyasının yaxınlığından keçən hissəsinin yeri dəyişdiriləcək.

Bununla əlaqədar fevralın 8-də gün ərzində Dilarə Əliyeva, Rəşid Behbudov, Salatın Əsgərova, Nizami küçələrinə, həmçinin Süleyman Rüstəm, Bakıxanov, Şəmsi Bədəlbəyli, İbrahimpaşa Dadaşov, Xəqani küçələri, Bülbül və Azərbaycan prospektlərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.




Xəbər lenti

17 Avqust













ASAN Radio telefonunuzda
Facebook